MANNANIN XARİCİ SİYASƏTİ
Mannada daxili çəkişmələr. Urartu hökmdarı I Rusa Manna vilayətlərindən birinin canişinini öz tərəfinə çəkmişdi. I Rusanın təsiri ilə Mannanın iki şəhərində İranzuya qarşı üsyan oldu. Mannanın müttəfiqiII Sarqon köməyə gəldi və üsyan yatırıldı.
İranzunun vəfatından sonra hakimiyyətə onun oğlu Aza gəldi. Azanın hakimiyyəti dövründə Mannada daxili çəkişmələr yenidən gücləndi. Aza sui-qəsd nəticəsində öldürüldü. 716-cı ildə hökmdar taxtına Azanın qardaşı Ullusunu çıxdı. Mixi yazılardan məlum olur ki, Ullusununun hakimiyyətə gəlməsinə Urartu hökmdarı I Rusa kömək etmişdi. Buna görə
I Rusa Ullusunudan 22 Manna qalasını almışdı.
Ullusununun hərəkəti Aşşur hökmdarı
II Sarqonu qəzəbləndirdi. O, Mannaya qoşun yeritdi. I Rusa Ullusununun köməyinə gəlmədi. Ullusunu Sarqonun qəzəbindən qorxub dağlara çəkildi. II Sarqon Mannanın paytaxtı İzirtunu və bir neçə şəhəri tutub yandırdı.
Bir qədər sonra Ullusunu II Sarqonun yaınına gələrək ondan mərhəmət dilədi. II Sarqon Ullusununu bağışladı. Aşşur dövlətinin ağalığını tanımaq şərti ilə onu hakimiyyətdə saxladı və bütün Manna torpaqlarının idarəsini ona tapşırdı.
Urartu hökmdarı I Rusa Manna torpaqlarını işğal etmək fikrindən əl çəkmirdi. Manna canişinlərindən biri I Rusanın fitnəsinə uydu və Ullusununun hakimiyyətinə qarşı çıxdı. Bundan istifadə edərək II Sarqon böyük bir qüvvə ilə Mannaya yürüş etdi. Mannada Ullusununun hakimiyyətini istəməyən bəzi canişinlər I Rusaya xəbər göndərib ondan kömək istədilər.I Rusa ordu toplayıb II Sarqonun qarşısına çıxdı. II Sarqon döyüşdə qalib gəldi, I Rusa məğlub olub qaçdı. II Sarqon Mannanın Urartu tərəfindən işğal olunmuş torpaqlarını geri qaytardı. Lakin Mannada daxili çəkişmələr səngimədi.

E.ə. 714-cü ildə II Sarqon hərc-mərcliyə son qoymaq üçün yenə də Mannaya yürüş etdi. Bu yürüşlərdə II Sarqonun bir neçə məqsədi var idi: Mannanı Urartu təcavüzündən qorumaq; Mannada Aşşur dövlətinin mövqeyini möhkəmləndirmək; Mannadan Aşşur xəzinəsinə xərac göndərilməsini təmin etmək.
O, Manna vilayətlərinə daxil olanda Manna hökmdarı Ullusunu II Sarqonu təmtəraqla qarşıladı, ona müxtəlif hədiyyələr və xərac verdi. Ordusunu ərzaqla təchiz etdi. Ullusunu Urartu təcavüzünə son qoymaq üçün II Sarqondan kömək istədi.
II Sarqon verdiyi sözü yerinə yetirdi. O, yürüşü davam etdirdi və I Rusanın tutduğu Manna vilayətinə çatdı. II Sarqon və I Rusanın qüvvələri arasında qanlı döyüş oldu. Bu döyüşdə I Rusa və ona kömək edən yerli canişinlər məğlub oldular.
II Sarqon I Rusa tərəfindən tutulmuş Manna vilayətlərini Urartunun tabeliyindən azad etdi.Ullusunu isə II Sarqonun şərəfinə yazılı abidə qoydurdu. II Sarqon Urartu ərazisinə daxil oldu, bir çox vilayətləri ələ keçirib talan etdi. I Rusa müqavimət göstərə bilmədi və özünü öldürdü. Bundan sonra Urartu elə zəiflədi ki, bir daha Mannanın daxili işlərinə qarışa bilmədi. Manna qüdrətli dövlət oldu.