AZƏRBAYCAN ƏRAZİSİNDƏ ƏN QƏDİM İNSAN MƏSKƏNİ QARABAĞDADIR
Qədim insanların yaratdığı cəmiyyət ibtidai icma quruluşu adlanır. Arxeologiya elminə görə, ibtidai icma quruluşu şərti olaraq üç dövrə bölünür: Daş dövrü, Tunc dövrü və Dəmir dövrü.
Cəmiyyət tarixinin ən qədim dövrü Daş dövrüdür. Daş dövrü üç xronoloji inkişaf mərhələsindən keçmişdir:
Tarixdə Eneolit dövrü adlanan bir dövr də vardır ki, bu, daş dövründən metal dövrünə keçid kimi qiymətləndirilir.
Paleolit dövrü də üç inkişaf mərhələsindən keçmişdir: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit.
Paleolit dövrünün ilk mərhələsi Alt Paleolit adlanır. Alt Paleolit ilk insan tipinin — «bacarıqlı insan»ın yaranması ilə başlamışdır. Paleolit dövrünün bu mərhələsi 100 min il əvvələ qədər davam etmişdir. «Bacarıqlı insan» iki ayaq üzərində hərəkət edə bilir, sadə işlər görür və əsasən, daşdan, ağacdan, sümükdən əmək alətləri hazırlamağı bacarırdı. Qədim insanların ilk əmək alətləri: sivri daş, yerqazan çubuq və dəyənək olmuşdur.

Ulu icma. Təbiət hadisələri və vəhşi heyvanların hücumları qarşısında aciz qalmış ibtidai insanlar kortəbii şəkildə birləşir, dəstələr və kiçik qruplar halında yaşayırdılar. Belə kollektivlər ulu icma adlanır. Bu kollektivlər daimi olmurdu: tez-tez dağılır və yeniləri yaranırdı.
İbtidai insanlar yeməli yabanı bitkiləri və giləmeyvələri yığır, xırda heyvanları ovlayırdılar. İnsanlar təbiətin hazır məhsullarını mənimsəyir, ovçuluq və yığıcılıqla məşğul olurdular. Belə təsərrüfat mənimsəmə (istehlak) təsərrüfatı adlanır.
Azərbaycan ərazisində Alt Paleolit dövründə yaşamış insanların həyat tərzi Qarabağda — Quruçay vadisində, Azıx mağarasından əldə edilən materiallar əsasında öyrənilmişdir. Ona görə də burada formalaşan mədəniyyət Quruçay mədəniyyəti adlanır. Azıx mağarasından ən qədim dövrə aid kobud əl çapacaqları, ərsin, sıyırğac və s. alətlər tapılmışdır. Bu alətlər adi çay daşlarından hazırlanırdı. İbtidai insanlar bu alətlərdən ovladıqları heyvanların ətini doğramaq üçün istifadə edirdilər.

İlk vaxtlar insanlar ildırım çaxması və ya maddələrin öz-özünə yanması nəticəsində əmələ gəlmiş təbii oddan istifadə edirdilər. Azıx mağarasında700 min il bundan əvvələ aid ocaq izləri aşkar edilmişdir. Alt Paleolitin sonunda əmək alətlərinin yeni növləri meydana gəlmişdir. Həmin alətlər asan parçalanan çaxmaqdaşı və vulkanik şüşə — dəvəgözündən hazırlanmışdır. Çaxmaqdaşı və dəvəgözündən qoparılmış qəlpələrdən kəsicilər, dişli və qaşov tipli alətlər hazırlanmışdır.
Azıx mağarasından nəsli kəsilmiş müxtəlif vəhşi heyvanların sümükləri də aşkar edilmişdir. 1968-ci ildə isə tarixçi alim Məmmədəli Hüseynov Azıx mağarasından ibtidai insanın alt çənə sümüyünün qalığını tapmışdır. Alimlər həmin ibtidai insanı Azıxantrop, yəni «Azıx adamı»adlandırmışlar. Azıxantroplar 350-400 min il bundan əvvəl yaşamışlar. Azıx adamları sadə incəsənətlə məşğul olmuşlar. Azıx mağarasından tapılmış ayı kəllələrinin üzərində müəyyən işarələr cızılmışdır. Alimlər bunu qədim insanların ilkin dini ayinləri və heyvanlara inamı ilə bağlayırlar.
Qədim insanların izlərinə Qarabağda — Tağlar, Zar, Naxçıvanda — Qazma, Qazaxda — Daşsalahlı, Damcılı, Lerikdə — Buzeyir mağaralarında da rast gəlinmişdir.

Sogolun.
ОтветитьУдалитьЭтот комментарий был удален администратором блога.
ОтветитьУдалить