İsim


İsim ümumi qrammatik mənasına görə əşyaların, canlı və cansız varlıqların adlarını  bildirir.Kim?, nə? (bəzən də hara?) suallarından birinə cavab olur. Məsələn: müəllim, şagird, uşaq va s. isimləri kim? sualına; at, quş, ağac, daş və s. isimləri nə? sualına; Bakı, Təbriz, Gəncə və s. isimləri isə hara? sualına cavab olur.
İsmin əsas səciyyəvi xüsusiyyətləri tək və cəm olması, mənsubiyyətə görə dəyişməsi və hallanmasıdır.

Konkret və mücərrəd isimlər

Əşya dedikdə bütün varlıqlar nəzərdə tutulur. Varlıqlar iki cürdür: gözlə görünə bilən və görünə bilməyən. Bu baxımdan isimlər ik
i növə bölünür: konkret isimlər  və  mücərrəd isimlər.
Konkret isimlər – gözlə görünə bilən əşyaların adlarıdır. Məsələn:dağ,çiçək,qoyun,insan,meşə,evvə s.
Mücərrəd isimlər isə gözlə görünə bilməyən əşyaların adlarıdır. Məsələn:arzu,xəyal,yuxu,məqsədvə s.

Ümumi və xüsusi isimlər

İsimlər cəmiyyətdəki tutduğu yerə və həmcinsliyinə görə iki növə bölünür:
1.Ümumi isimlər 
2.Xüsusi isimlər
Eynicinsli əşyaların adlarına ümumi isimlər deyilir.
Məsələn: insan, ağac, ot, gül, çiçək, das, quş, balıq, dəftər, kitab, qələm və s.
Varlığı tək olması ilə fərqlənən əşyaların adlarına isə xüsusi isimlər deyilirXüsusı isimlərə, əsasən, aşağıdakılar daxildir:
1. İnsan adları və soyadlar, təxəllüs və ləqəblər: Nizami Gəncəvi, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir və s.
2. Coğrafi və astronomik adlar. Azərbaycan, Gəncə, Şuşa, Ay, Ülkər və s.
3. Qəzet, jurnal və əsər adları:"Azadlıq","Ulduz", "Xəmsə" və s.
4. Heyvanlara verilən xüsusi adlar: Alabaş, Qırat, Mərcan və s.
Xüsusi isimlər böyük hərflə yazılır. Qəzet, jurnal, əsər, zavod, cəmiyyət və s. adları dırnaq içərisində və böyük hərflə yazılır. Məsələn. "Dəli Kür" (əsər), "Azərbaycan" (jurnal), "Bakı fəhləsi" (zavod), "Vətən" (cəmiyyət) və s.  .
Bəzi ümumi isimlər xüsusi isimlərə keçə bilir. Məsələn: arzu,fərəh, ilham, səadət, vəfa, sədaqət, sevinc, çiçək, bülbül və s. ümumi isimlər şəxs adı (bəzən də yeməkxana, mağaza, kinoteatr və s adlarını) bildirdikdə xüsusi isim olur. Nadir hallarda əks hal da baş verir, yəni xüsusi isimlər ümumi isimlərə çevrilir. Məsələn: Rentgen alman aliminin adıdır, rentgen isə xüsusi şüa ilə işıqlandırılma alətinin adıdır.

Tək və cəm isimlər

İsimlər kəmiyyətcə tək və cəm olur. İsimlər cəmdə olarkən  lar2   şəkilçisini qəbul edir: kitablar. insanlar, evlər, şagirdlər və s.
Qeyd: Bu şəkilçi qoşulduğu sözün son samitindən asılı  olaraq, bəzi səkillərdə[-rar2], [-nar2 ], [-dar2] kimi tələffüz olunur: qatar-
- [qatarrar], şəhərlər - [şəhərrər], qazlar - [qazdar], buludlar [bulutdar], igidlər - [igiddər]. oğlanlar - [oğlannar], əkinlər –[əkinnər] və s.
Dilimizdə elə isimlər də var ki, onların məzmununda çoxluq,topluluq anlayışı var. Belə isimlər toplu isimlər adlanır. Məsələn: el, xalq, kütlə, camaat. qoşun, sürü, ilxı. dəstə, partiya Toplu isimlərin çoxu cəm şəkilçisi qəbul edir: xalqlar, ellər, ellər və s. Toplu isimlərlə əlaqədə olan xəbər təkdə işlənir. məsələn: El  yaylağa köçür. Xalq azadlığına qovuşdu və s.
Mənbə:Kayzen.az

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.