- Aslanlar öz hekayələrini özləri yazmırsa ovçuların nağıllarına inanmaq məcburiyyətindəyik. (Fransız atalar sözləri)
- Allah insanı cəzalandırmaq istəyəndə, əvvəl ağlını alır. (Yunan atalar sözləri)
- Ağa köz kimidir, yandıra bilməzsə qaralayar. (Yunan atalar sözləri)
- Acmayan insan, çörəyin nə olduğunu bilməz. (Yunan atalar sözləri)
- Ay görmüşün ulduza nə minnəti. (İraq-Kərkük atalar sözləri)
- Alışmış qudurmuşdan betərdi. (İraq-Kərkük atalar sözləri)
- Alçaq yerdə yatma, sellər alar, yüksək yerdə yatma, yellər alar. (İraq-Kərkük atalar sözləri)
- Ağacdan maşa olmaz, çingənədən paşa. (İraq-Kərkük atalar sözləri)
- Adam sözdən, uşaq gözdən. (İraq-Kərkük atalar sözləri)
- Ağlarsa anam ağlar, başqası yalan ağlar. (Türk atalar sözü)
- Ağlamayan uşağa süd verməzlər. (İngilis atalar sözləri)
- Ax axça quru gün üçündür (İngilis atalar sözləri)
- Atasız uşaq tavansız ev kimidir. (Afrika atalar sözü)
- Ağılsız o adamdır ki, ayın özünə yox, onu göstərən barmağa baxır. (Çin atalar sözləri)
- Ağac nə qədər yüksək olursa olsun, yarpaqları yenə də yerə tökülər. (Çin atalar sözləri)
- Atın qiymətin yəhərinə görə biçmə. (Çin atalar sözləri)
- Az toyuq az yumurta, çox toyuq çox yumurta (Çin atalar sözləri)
- Ağıllı bir adam tək öz təcrübələrindən, çox ağıllı bir adam başqalarının da təcrübələrindən faydalanar. (Çin atalar sözləri)
- Ağıllı adam dəlini danlamaz. (Çin atalar sözləri)
- Ağıla gəl(məy)ən başa gələr.
- Atlar işlər, ər öyünər
- Ağaya ağ olan boynuna kəfən salar
- Ağa dedi vur, sən yıx, sürü
- Abdal nə bilir ki, heyva kaldır?!
- Ac doğuz, darıdan çıxmaz.
- Ağ gün adamı ağardır, qara gün qaraldır.
- Abdal oynayanda qar yağar.
- Anası gəzən ağacı qızı budaq-budaq gəzər.
- Asta vur,
Rasta vur. - Anası gəzən ağacı, balası budaq-budaq gəzər.
- Anasına bax, qızını al,
Qırağına bax, bezini al. - Aşığın molladan, mollanın da sazdan zəhləsi gedər.
- Ay doğar gədiyindən,
Utan, bir dediyindən. - Abad yerin bülbülü,
xarabanın bayquşu. - Abbasını bəyənməyən beş şahı çıxardar.
- Asta gedən yorulmaz.
- Acıqla iş görən zərər çəkər.
- Araba qoş, çarxa dur,
Mərd igidə arxa dur. - Adamın tamarzısı,
Hər kəsin öz arzusu. - Ayağı nərdivana bir-bir qoyarlar.
- Alət işlər, əl öyünər, Qılınc işlər, qol öyünər.
- Avara qonaq ev yiyəsini də avara qoyar.
- Aydan arı, sudan duru.
- Atan soğan, anan sarımsaq, sən hardan oldun belə gülməşəkər?
- Ağlı olan qışın qeydinə yayda qalar.
- Analı quzu,
Xınalı quzu. - Ağzına bax, tikə kəs.
- Alət işlər, əl öyünər,
Qılınc işlər, qol öyünər. - Adam aşını-işini bilməlidir.
- Ağıl başda olar, yaşda olmaz.
- At ölər nalı qalar,
İgid ölər namı qalar. - Ay fələk, batmanı elədin çərək.
- Acın imanı olmaz, toxun gümanı.
- Adam yanıla-yanıla öyrənər.
- Asta gedən usta gedər.
- Aşıq gördüyünü çağırar.
- Ağılsız başın əziyyətini ayaq çəkər.
- Az danış, düz danış.
- Atlı çapar, tayını tapar.
- Alaq otu tez yetişər.
- Atıcı atar, tayını tapar.
- Abrını alıb, dirilik suyu versələr, ağıllı adam onu almaz, çünki zillətlə yaşamaqdansa, izzətlə ölmək yaxşıdır.
- Abal (abdal) dərviş, pulla bitər hər iş.
- Ac, əlinə, düşəni yiyər; tox ağzına gələni deyər.
- Ağlamaqla, gözdən yaş qurtulmaz.
- Ac əsnər, aşıq gərinər.
- Ac it, dəyənəkdən qorxmaz.
- Ac qonağa, bir çörək, naz balışdan yeğdir(yaxşıdır).
- Axmağın ağası olunca, ağıllının, nökəri ol.
- Ağılı evdə qoyub gedərik, axmağın qulluğuna yetərik.
- Açıq qapıdan min bir bəla gələr deyiblər, bağlı qapının min bir bəla içində.
- Axar çay murdarlıq götürməz.
- Arvadın nə olduğun subaydan sor,
arvadın necə olduğun evlidən. - Ananın səbri tükənməz olur.
- Ana səbri böyükdür.
- Ala qarğa suya düşsədə, qaz olmaz.
- Ata mindin özünü unutma,
atdan düşdün - atını.
(atdasan - özünü, atdan endin atını - unutma). - Abırlı abırından qorxar, abırsız nədən qorxar?
(Abırlı abırından çəkinər, abırsız nədən çəkinər?) - Ata dost kimi bax, düşmən kimi min.
- Ata - yəhəri, dilənçiyə - torba ağırlıq edməz.
- Ata minər, atasın danar, atdan enər, atın danar. (ata mindi, atasını, atdan endi, atını tanımadı). (ata mindi, atasın tanımadı. atdan düşdü, atın tanımadı).
- Ac eşiyə, lüt içəri qaçar.
- Ac gəzməkdənsə, tox ölmək yaxşıdır.
- Ac, qılıncı çapar.
- Acındırsan arsız, acıqdırsan hırsız (oğru) olur.
- Acının dadın bilməyən, şirinlikdə dad bilməz.
- Acıqlı dilənçinin, torbası boş qalar.
- Aclığın əlin toxluğa sığın, ac qalmasan.
- Ağrısız baş, qəbirdə olur.
- Ağzı yağlı, dili bağlı.
- Alçaq yerdə, təpəcik özün dağ sanır.
- Alma, dibindən uzağa düşməz.
- Alqış, iki əldən (çıxar).
- Arvadın koru, ərin karı.
- Arxadan gələn düşman, üzə gəlincə dost olar.
- Arxlar axar, çay olar.
- Arxadan kəsir, ətəyə yamır.
- Arxadır yurdumuza, eşq olsun ordumuza.
- Aslan dişinə, kişi işinə güvənər.
- Aşı pişirən yağdır, gəlinin üzü ağdır.
- Aşırıb doymadı, yaladı nə doyar.
- Ata ana acı alma yesə, oğul qızın dişi qamar (qamaşır).
- Ata göylü balada, bala göylü havada.
- Ata güc, adama ağıl (gərək).
- Ata qabağdan, itə daldan yanaş.
- Atadan altı olunca, anadan iki ol.
- Atlı ilə yayaq, savaşa qıldılar ayaq).
- Atsan nişana dəyər oxun doğrusu, bir mənzilə yetməz yükün əyrisi.
- Axan arx, axmadan durmaz.
- Axan suya dayanma, hər deyənə inanma.
- Acgözlük heyvanı kökəldər, kişini çökərdər.
- Ac nə yeməz, tox nə deməz.
- Ac oldun çobana qoşul, yoruldun karvana.
- Ac qudurğan olar, tox oynağan.
- Ac qurdlar, ağız ağıza yatarlar. (biri birinə yem olmaq qorxusundan).
- Ac toyuq özün taxıl bazarında görər.
- Ac yediyin bilməz, tox dediyin bilməz.
- Ac, acınan yatsa, dilənçi doğar.
- Aca qazan asdırsan, yeyəcək qalmaz, lütə odun yaxdırsan, yanacaq qalmaz.
- Acar, qılıncı çapar.
- Acgöz, yalançı toruna düşər.
- Acı işlətmə, toxu tərpətmə.
- Acıda yesən şirin danış.
- Acığan çalar, quduran qalxar.
- Acın imanı olmaz, toxun amanı, qanmazın dərmanı.
- Adam var 'ər' dəyişir, adamda var 'əl' dəyişir.
- Adam var yaşır yeyir, adamda var yeyir yaşır.
- Ağ dediyin alqışdır, qara dediyin qarğışdır.
- Ağac başına yel dəyir, gözəllərə söz gəlir.
- Adamın vayı, xocanın payı.
- Adı başqa, dadı başqa.
- Ağacın kökü yerdələr. adamın gözü yerdədir.
- Ağanın bir gözü korsa, nökərin ikisi kordu.
- Ağaran baş, ağlayan göz, gizlənilməz.
- Ağası qul olanın, qulu quduran olur.
- Ağdı qızıl bayraq, doğdu qara topraq.
- Ağı dağa gəlməz, başa gəlir.
- Ağıl ağıldan üstün olur, söz sözdən ötgün olur.
- Ağıl başdan çıxır, çörək daşdan.
- Ağıl ulusdan çıxar, dərman kol-kos dan.
- Ağıl üçün, yol birdir.
- Ağıl, ağıldan keçər, söz danışıqdan ötər.
- Ağac qurur, devran dönür.
- Ağacı qurt yeyər, insanı dərd.
- Açılan solar, ağlayan gülər. (açıl sol, ağla gül).
- Adam olmaq asta- asta, heyvan olmaq bir anda.
- Adamı başdan tanı, ağacı yaşdan.
- Adət qanun deyil, qanun kimi zorludur.
- Ağac tutan ağac vurandan artıq.
- Ağacı ortasından tut, iki başdan vur.
- Ağacın barı gərək, iyidin yarı gərək.
- Ağacın uzun olsun, qolun dinc.
- Ağacın qurdu, öz dibindədir.
- Ağıllı bildiyin söyləməz, dəli söylədiyin bilməz.
- Ağıllı "bizi" tapınca, dəli bacadan düşər.
- Ağıllı işinə baxar, dəli dişinə.
- Ağıllıdan, səfeh olmağın, qədir qiymətin öyrən.
- Ağını çəkdin, balını çək.
- Ağır basar, yüngül (yeyni) qalxar.
- Ağır daş, batman döyər.
- Ağır daşı, nə yel alır, nə sel.
- Ağır gedən, yol alar, yeyin gedən, yolda qalar.
- Ağır qazan, gec qaynar.
- Ağırlıq qızıl qala, yüngüllük başa bəla.
- Ağız bəzəyi sözdür, üz bəzəyi, gözdür.
- Ağız deyir, sol göz görür, sağ göz qıyır.
- Ağızdan çıxan söz, yanılmaz (qayıtmaz).
- Ağlaya - ağlaya quyu qaz, gülə - gülə suyun iç.
- Ağlı olan ərinməz, güclü olan sürünməz.
- Ağlı qısanın, dili uzun olar.
- Ağlın ilə gör, ürəklə eşit.
- Ala it çaqqalın dayısıdır.
- Alan satandan, satan alandan umar.
- Alanda hopur, verəndə qopur.
- Alanın gözü olsa, satan acından ölər.
- Alanın gözü satanın əlində olar.
- Alçaq eşşəyi, yükləməyə navar ki.
- Alçaq görüb daşlanma, yüksək görüb, alçalma.
- Aldığın verməyən, axtardığın tapmaz.
- Alıb vermək, görüş qaydası, gedib gəlmək, elçi qaydası.
- Alimin biliyindən, yalançının dilindən yapışarlar.
- Alıcının ömrü az olar.
- Alım birlə (ilə) borc ödənməz.
- Alış oğlu, verişdi.
- Alimin sözündən de, iyidin özündən.
- Ananın aşı, ağzının dadı, təndirin başı, yedin yat.
- Anbar siçanı, ac qalmaz.
- Anqıran eşşək, öz tayın tapar.
- Aranın dağı var olsun, qarlıda olar, qarsızda. iyidin başı sağ olsun, varlıda olar, varsızda.
- Anlamazla yeyib - içiplər, danışmayıblar.
- Arada yeyir, qırağda gəzir.
- Arıdan arı, gündən duru.
- Arının ağına (zəhərinə, ağrısına) dözüb, balını süz.
- Arıq ata, qamçı düşman, yırtıq dama, damcı düşman.
- Arıq ata, qamçıda ağır (gəlir).
- Arpa yeyən, ipək geyən.
- Arpa pişər, işiniz düşər.
- Arsıza üz verdik, ocağına köz verdik.
- Arvad malı, sapı mandalı.
- Arvad elə bir şeydir ki: alanda peşman, almayanda.
- Arşınla bez ölçülər, çuvalla qoz.
- Artıq aş, qabında dursun, artıq söz, içində dursun.
- Artıq mal, göz çıxarmaz.
- Arvad alsan, ürəkdən, qonşu alsan dirəkdən.
- Arvad boşuna yalanlamasa, düz danışan çıxar.
- Arvad ilə at, iyidin bəxtinə bax.
- Arvad kimi düşman yox: gülər bildirməz. köpək kimi dost olmaz: ölər bildirməz.
- Ağlayıb, gizlində gülən.
- Arvad öz ixtiyarına olsa, çillə çağı keçi qırxar.
- Arvadı sırdaş edən, dəllal aramaz.
- Aşın dadı duzdadır, duzun dadı ölçüdə.
- At aylığın, dəvə illiyin düşünür.
- At minənindir, ev qonanındır, don geyənindir.
- Aş, hamıdan baş.
- Aşığın sazın al, gəlinin nazın al.
- Aşın az çoxun qazan bilməz, qab bilər. yolun az çoxun ər bilməz, at bilər.
- Aşıran bilməz, doğrayan bilər.
- Aşq ağladar, dərd söylədər. qanmaza çörək versən, çomaq görsədər.
- Aşq girdi başa, ağıl çıxdı qaça.
- Aşqa - aşqa, bir məndən başqa.
- Aşqın gözü kor, qulağı kar (olur).
- At arıq, yollar uzaq.
- At görəndə axsar, su görəndə susar.
- At bəslənirkən, qız istənirkən.
- At olmasa, yol olmaz, dil olmasa, el olmaz.
- Atalar sözü bazarda satılmaz.
- Atalar sözü elin gözü.
- Atalar sözü, ağlın gözü.
- Atalar sözü, söz bəzəyi, saqqal qoysan, üz bəzəyi.
- Atalı söz, ağıla göz.
- Atan balası olma, adam balası ol.
- Atası acı alma yesə, oğlanın dişi qamar.
- Atda qarın, itdə burun.
- Atdan düş, addan yox.
- Atdan düşüb, yəhərdən düşmür. (atdan düşüb, yəhərin buraxmır).
- Atdığın vurar, tutduğun qoparar.
- Atı olmayan, arpa nə gəzər. atı olmayan, ayaqla gəzər.
- Atı, yoluyla tanı, eli diliynən tanı.
- Atılan ox daşdan qayıtmaz, daş ilə qayıdar.
- Atılan ox daşdan qayıtmaz, elçisiz, el gurtaramaz.
- Atın ayaqına bax, itin quyruğuna.
- Atın gücü yerişi, mərdin ərliyi işi (sayılır, hesaba gəlir).
- Atın qarnı itin burnu vardı.
- Atın sirrin gözündən, mərdin sirrin sözündən.
- Atına acıyan, yəhərin arxalar (daşıyar).
- Atışsan, söz çıxar, tutuşsan göz çıxar.
- Atla qadın, tumarsız qalmaz.
- Axşamın sirrin, dan bilir.
- Ayı vurulmadan dərisi satılmaz. Söz deyilmədən igid başı alınmaz.
- Axmaq elçi, iki xalqı pozar.
- Axmaq susanda, ağıllı görünər.
- Axsaq yügürgən ölür.
- Axşam döz, yarın göz (gör).
- Axşam örtəni, dan bilir (bəlirir).
- Axtaranda tapılmaz, gərəkməzsə (boş yerdə) guruldar.
- Ay doğuşundan, ər yerişindən bəllənir.
- Ay ışığın aləmə salır, şəm ışığın dibinə.
- Ay qəmin bir kərə, el qəmin min kərə düşün.
- Ay qoca ivrən, köçən kimdi, köçürən kim.
- Ay yayana (piyadaya) gülən atlı.
- Ayağ yalın, qanqal qalın.
- Ayağın yerdə süzür, xəyalın göydə üzür.
- Ayağnı isti tut, başını sərin, yeməyinə fikir ver, düşünmə dərin.
- Ayaq ayaq nərdivənə çıxarlar.
- Ayaq bir olsada, min kərə atılar.
- Ayaq birdir, atdıqı min.
- Ayaq qabın dar olsa, dünyanın genliyindən, sənə nə asar (fayda).
- Ayaq üsdə, qırxı çıxıb.
- Ayaq yeriməzsə, iz düşməz.
- Ayaqdaki bit, atdan düşürər, başdaki bit baş itirər.
- Ayaqdan çıxan toz, baş üsdə qonar.
- Ayaqla gələn qonağı, atla yola salarlar.
- Ayda ışığın gündən alır. (ay ışığın, gündən alır).
- Ayı biləyinə, insan ürəyinə güvənir.
- Ayı ilə meymun, bir birinə uyğun.
- Ayı yuvasında, qoz axtarma.
- Az yeyir küsür, çox yeyir qusur.
- Az - çox yanına gedər.
Ac - tox yanına gedər. - Ayrılıq çatar, gizli sevgini bəllədər. dərdli gözü gizlətmə, yaşı axır bəllədər.
- Az danışmaq, az yemək, insanı eylər mələk, çox danışmaq, çox yemək, insanı eylər hələk.
- Az getdi uz getdi, iynə yarım yol getdi, dərə təpə düz getdi.
- Az olsun uz olsun. (- uz: uyğun, münasib).
- Az tamah, çox azar gətirər.
- Az ver, çox yalvar, çox ver yalvarma.
- Az verib gəzdirmə, çox verib azdırma.
- Az yırğanan, ac qalar.
- Adamdır adam, olmasa puluda, heyvandır heyvan, ətləs olsa çuluda.
- Adam gərək imama da ağlasın, yezidə də.
- Adam gözləməklə səbirli olur.
- Adam hamıya xoş ola bilməz.
- Adam istəsə dağı dağ üstə qoyar.
- Adam yanıla-yanıla adam olur.
- Adam işi böyüdər, iş adamı böyütməz.
- Adam işini-gücünü bilməlidir.
- Adam məcburiyyət qarşısında olanda hər şeyə dözər.
- Adam olana bir söz yetər.
- Adam öz tay-tuşuyla gəzər.
- Adam öz tayını-tuşunu tapmasa, günü ah-vayla keçər.
- Adam özgə cibinin pulunu saymaz.
- Adam özün tərifləməz.
- Adam özünə bir çörək ağacı tapmalıdır.
- Adam pulu qazanar, pul adamı qazanmaz.
- Adam pulu tapar, pul adamı tapmaz.
- Adam tayını-tuşunu bilməlidir.
- Adam var ki, bir şirinin xatirinə min acı udur.
- Adam təhlükəli işə baş qoşanda gərək hərtərəfli (tam) hazırlıqlı olsun.
- Adama yaxşılıq yoxdur!
- Adamda insaf, mürüvvət gərək!
- Adamı alverdə tanıyarlar.
- Adamı bədbəxtlik tutanda dəvə üstündə böv vurar.
- Adamın ayağının altından yer qaçır.
- Adamın fərsizi məqam gözlər.
- Adamın gözü, yerin qulağı var.
- Adamın qədrini adam bilər.
- Adamın sözü doğru olanda qılınc kimi daşdan keçər.
- Adamın qorxusundan doğrunu demək olmur, Allahın qorxusundan yalanı.
- Adamın adı çıxınca, canı çıxsa yaxşıdır.
- Adam var ki, bir çörəklə min iti dolandırar, adam var ki, min çörəklə bir iti dolandıra bilməz.
- Aca nə halal, nə haram?
- Acdan ummaq olmaz.
- Ac bayıra qaçar, yalavac evə girər.
- Ac qal, topal qal, kör qal, fəqət torpaqsız qalma.
- Ac qarına yatmaq it əzabıdır.
- Ac qazanar, tox yeyər.
- Ac qılınca çapar.
- Ac qurd aslanı basar.
- Ac özünü oda vurar.
- Ac toxun üzünə baxmaqla doymaz.
- Ac toyuq yatar, yuxusunda darı görər.
- Ac yatım, salamat yatım.
- Acı dilin yarası qılınc yarasından pis olur.
- Acı sözü bir batman bal ilə yemək olmaz.
- Acı suala şirin cavab gözləmə.
- Acığı gələn su içər.
- Acığın dövlətə zərəri var.
- Acılıqdan yemək olmur, şirinlikdən atmaq olmur.
- Acın evində nə od olar, nə ocaq.
- Acın gözü çörək tikəsində olar.
- Acın qarnı doyar, gözü doymaz.
- Acın qulağı kar olar.
- Acından günorta durur, bığını yağla burur.
- Acından qarnına daş bağlayıb.
- Acını dadmayan şirinin qədrini bilməz.
- Acmış qudurmuşdan betərdir.
- Açar qıfıldan güclüdür.
- Açıq ağız ac qalmaz.
- Açıq qaba it dəyər.
- Açıq qapını döyməzlər.
- Açıq süfrə təklif istəməz.
- Açılma səhər, banlama xoruz!
- Açma hər pərdəni, arxasında min sirr var.
- Acmış eşşək atdan yeyin gedər.
- Aclıqda darı çörəyi halvadan şirin olur.
- Aclıq ilə toxluğun arası bir parça çörəkdir.
- Aclıq zarafat deyil.
- Aclıq ayıya darayı oxudar.
- Acla əcəli yetən birdir.
- Acizi vurmazlar.
- Ad mənim oldu, yar özgənin.
- Adam adamın rəhmanı, adam adamın şeytanı.
- Adam ac olanda pendir-çörək də ləzizdir.
- Adam ağır zəhmətlə alim olur.
- Adam bilmir, hansı saz ilə oynasın.
- Adam bilmir: harda tapıb, harda itirəcək.
- Adam bir dəfə ölər.
- Adam bu günün işini sabaha qoymaz.
- Adam dilindən bəlaya düşər.
- Ac qarına söhbət tutmaz.
- Ac qalmaq borclu olmaqdan yaxşıdır.
- Ac ayı oynamaz.
- Aclıq susuzluğla qardaşdır.
- Aclıq, adama oyun öyrədər.
- Aclıq nə etdirməz, toxluq nə dedirtməz.
(Varlıq nə dedirtməz, aclıq nə yedirtməz.) - Ac aman bilməz.
- Abır harda, bərəkət orda.
- Abırını yeyib, həyasını da belinə bağlayıb.
- Abır istəsən çox demə, Sağlıq istəsən çox yemə.
- Abad kənd tüstüsündən bəlli olar.
- Abanın qədri yağışda məlum olar.
- Abdal at mindi, özünü bəy saydı.
- Abbasıdan bez sahı çıxardır.
- Atalar sözü - söz yaraşığı.
- Ağıl çox - pul yox, ağıl yox - pul çox.
- Ağız yağlanar, mala baxsan, könül dincələr, pul qazansan.
- Adın nədir ? Dərviş. Pul ilə olur hər iş.
Pulun var giriş, pulun yox sürüş. - Anadan olmayan qardaş sayılmaz.
- Allah qardaşı qardaş yaradıb, kisələrini ayrı.
- Atın yaman - sat,
Qardaşın yaman - qaç,
arvadın yaman - at. - Ata evində ügey ana, ər evində qayınana.
- Atana hörmət elə, oğlun sənə hörmət edər.
- Adamı qeyrət işlədər, dəyirmanı - su.
- Aşırı qeyrət, axırı zillət.
- At - ər altında, ər - qeyrət altında.
- At verməyin nə, "yavaş get" deməyin nə?
- At gücünü karvanda gör, mərd gücünü meydanda.
- Abad məclis aşığından bəllidir
- Atan soğan, anan sarımsaq; Sən hardan oldun gülməşəkər?
- Ata olmayan - ata, ana olmayan - ana qədrini bilməz.
- Atı atın yanına bağlasan rəngini dəyişməsə də xasiyyətini dəyişər.
- Azqın olsan asarlar, yavaş olsan basarlar.
- Ay var ili gözlər, il var ayı gözlər.
- Ay görününcə, ulduza minnət qalmaz.
- Ağzı büzük bəy olsa, doğru çıxar söz ondan.
- Ac elə bilər ki, heç doymaz.
- Aparanda: - El aparar, yel aparar, sel aparar.
- Adımı qız qoymuşam, dul kişiyə getmərəm (bayatı).
- Adamlığı adamdan istə, xoş ətri qızılgüldən!
- Adamların qorxusundan doğrunu demək olmur, allahın qorxusundan yalanı.
- Adamın hüsnünə baxma, ağlına bax.
- Adamın ürəyindəkini bilmək olmaz.
- Adamın ölümü – mollanın bayramı.
- Adamın öz yavan çörəyi özgənin plovundan yaxşıdır.
- Adamın malı gözünün qabağında gərək.
- Adamın əvvəli olunca, axırı olsa yaxşıdır.
- Adamın dostu dar gündə bəlli olar.
- Adamın dinməzindən qorx.
- Adamın dili ilə ürəyi bir olsun gərək.
- Adamın axır günü xoş olsun.
- Adamın ayağından çəkən çox olar.
- Adamın adı pisliyə çıxınca canı çıxsa yaxşıdır.
- Adamı sözündən tutarlar, heyvanı buynuzundan.
- Adamı işi ilə tanıyarlar.
- Adamı dindir, sonra qiymətini ver.
- Adamı adam eləyən paradır, parasız adamın üzü qaradır.
- Adama sözü bir dəfə deyərlər.
- Adama adamlıq lazımdır.
- Adam hər işıq gələn yerə pambıq tıxmaz.
- Adam hər düşməndən bir ağıl öyrənər.
- Adam sözünü adama deyər.
- Adam soruşub öyrənməklə alim olar.
- Adam paltar ilə tanınmaz.
- Adam odur, "Dur get"i "Buyur, əyləş"dən tez başa düşsün.
- Adam gərək özü öz həkimi olsun.
- Adam gərək arxasız olmasın.
- Adam gedər, adı qalar.
- Adam yıxıldığı yerdən qalxar.
- Adam yanıla-yanıla adam olar.
- Adam qocalanda ikinci dəfə uşaq olur.
- Adam qabağına çıxartmalı deyil.
- Adam var ki, rəhmət aparar,
Adam var ki, lənət aparar. - Adam var ki, yemək üçün yaşayır, adam var yaşamaq üçün yeyir.
- Adam var ki, adamların naxşıdır,
Adam var ki, heyvan ondan yaxşıdır,
Adam var ki, dindirərsən "can" deyər,
Adam var ki, dindirməsən yaxşıdır. - Adam başından böyük danışmaz.
- Adam adamdır, olmasa da pulu, heyvan heyvandır, atlas olsa da çulu.
- Adın tut, qulağın bur.
- Adı dillər əzbəridir.
- Adı qulağına bitişib.
- Adı var, özü yox.
- Ad adamı bəzəməz, adam adı bəzəyər.
- Ağrımaz baş qəbirdə olar.
- Ağlınla gör, qəlbinlə eşit.
- Ağlamaq fayda verməz.
- Ağıllının ağzı qəlbində olur, axmağın qəlbi ağzında.
- Ağıllıya işarə, dəliyə kötək.
- Ağıllı fikirləşincə dəli çayı keçdi.
- Ağıllı uşaq bələkdə özünü göstərər.
- Ağıllı olub dərd çəkincə, dəli ol dərdini çəksinlər.
- Ağıllı kişi qışın qeydinə yayda qalar.
- Ağıllı düşməndən qorxma, dəli dostdan qorx.
- Ağıllı dostunu hər zaman xatırlar, ağılsız isə işi düşəndə.
- Ağıllı bir dəfə aldanar.
- Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz.
- Ağıllı bizi tapmaz, dəli bacadan düşər.
- Ağıla paxıllıq olmaz.
- Ağıl gücdən üstündür.
- Ağıl yaşda deyil, başdadır.
- Ağıl insana sərmayədir.
- Ağıl başın böyüklüyündə deyil.
- Ağıl bazarda satılmaz.
- Ağıl ağıldan üstündür.
- Ağız deyəni qulaq eşitmir.
- Ağzını xeyirliyə aç!
- Ağzını qoyub Allah yoluna.
- Ağzına su alıb.
- Ağzına söz atıblar.
- Ağacı meyvəsindən tanıyarlar.
- Ağacı qurd içindən yeyər.
- Ağac tutan baş yarandan çoxdur.
- Ağac öz kökü üstə bitər.
- Ağac kölgəsiz olmaz, insan sevgisiz.
- Ağac yaş ikən əyilər.
- Ağac kökündən su içər.
- Ağ gün qara günü yaddan çıxardar.
- Ağ gün (adamı) ağardar, qara gün qaraldar.
- Ağ köpək, qara köpək, ikisi də köpəkdir.
- Ağ divara hansı rəngi yaxsan, tutar.
- Avazın yaxşı gəlir oxuduğun Quran olsa?
- Ac toyuq yuxusunda darı görər.
- Ac deyər: - Doymaram!
- Ac qurd balasını yeyər.
- Açaram sandığı, tökərəm pambığı.
- Ah yerdə qalmaz.
- Axşamın işini sabaha qoyma.
- Axmaq özünə düşməndir, özgəyə necə dost ola bilər?
- Axmaq axmağı tapar.
- Axırda gülən yaxşı gülər.
- Ata-ana tərbiyə etməyəni həyat tərbiyə edər.
- Ata-ananın qoca vaxtında oğul əlindən tutar.
- Atdan düşən yenə atlanar.
- Atası ölən yetim qalmaz, anası ölən yetim olar.
- Atana necə baxarsan, övladın da sənə elə baxar.
- Atalar nə əkiblər, oğullar onu biçiblər.
- Atadan qalan mal yanan şama bənzər, əriyib qurtarar.
- Ata olmaq asandır, atalıq öyrənmək çətin.
- Ata oğlunun pisliyini istəməz.
- Ata malından mal olmaz, özün qazanmaq gərək.
- Ata malına göz tikən malsız qalar.
- Ata malı tez tükənər.
- Astarı üzündən baha.
- Asta atın təpiyi bərk dəyər.
- Aslanlar yurdunda tülkülər gəzir.
- Aslanın qorxusu qarışqadan olar.
- Aslan öləndə də aslandır.
- Arxasını yerə vermir.
- Artıq tikə diş qırar.
- Artıq tamah daş yarar, daş qayıdar baş yarar.
- Arzunun sonu yoxdur.
- Arzu geniş, ömür qısa.
- Arzu quyudur, doldurmaq olmaz.
- Arzu arzudan doğar.
- Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər.
- Arvadsız ev, susuz dəyirman.
- Arvadın isməti – ərin izzəti.
- Arvadın biri əla, ikisi bəla
- Arvadın axır hiyləsi ağlamaqdır.
- Arvadı bəd olanın saqqalı tez ağarar.
- Arvadı əri saxlar, pendiri dəri.
- Arvad şeytana papış tikər.
- Arvad, sən içəridən, mən bayırdan, yaxşıca ev tikərik.
- Arvad papaq deyil ki, başdan-başa qoyula.
- Arvad malı alçaq qapıdır, bir girəndə alnına dəyər, bir çıxanda.
- Arvad yıxan evi fələk də yıxa bilməz.
- Arvad iki olanda ev süpürülməmiş qalar.
- Arvad qohumu şirin olar.
- Arvad var, ev yığar, arvad var, ev yıxar.
- Arvad ilə at igidin bəxtinə.
- Arvad almamış övlad arzusu eləmə.
- Aralarından tük keçmir.
- Arsız qocalmaz.
- Anlayana bircə milçək də sazdır, anlamayana zurna-qaval da azdır.
- Anlayana bir söz bir kitabdır.
- Anlayan bir qıldan da anlar.
- Anası namaz üstündə imiş.
- Ananın canı övladdadır.
- Ananın keçdiyi körpüdən qızı da keçər.
- Ananın ərköyün oğlu hambal olar.
- Anam elə çox bilir ki, kündəni xırda tökür, atam elə çox bilir ki, ikisini birdən ötürür.
- Ana haqqı – tanrı haqqı.
- Ana ürəyi – dağ çiçəyi.
- Ana tökəni bala yığar.
- Ana olanda kişi anası ol.
- Ana evin dirəyidir.
- Aman deyəni öldürməzlər.
- Altmışında zurna çalmaq öyrənən axirətdə çalar.
- Altmışında at minmək öyrənən qiyamət meydanında çapar.
- Alnına nə yazılıb, onu görəcək.
- Alma öz ağacından uzağa düşməz.
- Allahın yarası da var, çarəsi da.
- Allahın işini bilmək olmaz.
- Allaha inanmayan bəndəyə də inanmaz.
- Allaha da özünü plov yeyən tanıtdır.
- Allah heç kimi arxasız qoymasın.
- Allah tənbəli sevməz.
- Allah sağ əli sol ələ möhtac eləməsin.
- Allah kora necə baxsa, kor da Allaha elə baxar.
- Allah kimə pay verməyi yaxşı bilir.
- Allah insana bir ağız, iki qulaq veribdir, bu da bir söyləmək, iki eşitmək üçündür.
- Allah dərdi çəkənə verər.
- Allah dəvəyə qanad versəydi, uçurmadığı dam- daş qalmazdı.
- Allah verməyəndə bəndə neyləsin?
- Allah verib, Allah da aparıb.
- Allah verəndə yox yerdən verər.
- Allah var, rəhmi də var.
- Allah bir kəsə qəzəb eləmək istəsə əvvəlcə onun ağlını başından alar.
- Allah bir yandan bağlasa, bir yandan açar.
- Allah bilən yaxşıdır, məsləhət onundur.
- Allah bacadan tökməz, gərək özün çalışasan.
- Allah adamın ömründən kəsib bəxtinə calasın.
- Allah ağıl paylayanda harada idin?
- Allah ağzından eşitsin!
- Alacağını yadında saxladığın kimi verəcəyini də yadında saxla.
- Alanda yaxşıdır, verəndə pis?
- Alan olmasa, satan da olmaz.
- Ayının boğazına su çıxanda balasını ayağının altına alar.
- Ayı meşədən küsüb, meşənin xəbəri yox.
- Ayaqqabı dar olanda dünya başa zindan olar.
- Ayaq üstə ölmək diz üstə yaşamaqdan yaxşıdır.
- Ayaq islanmayınca balıq tutulmaz.
- Ayda-ildə bir namaz, onu da şeytan qoymaz.
- Ayağını yorğanına görə uzat.
- Ay aydın, onun da üzündə ləkə var.
- Ailəsinin qədrini bilməyən el-obasının da qədrini bilməz.
- Ailə xoşbəxtliyin açarıdır.
- Azın qədrini bilməyən çoxun da qədrini bilməz.
- Aza qane ol, çoxu allahdan istə.
- Az olsun, yaxşı olsun.
- Az ye, öz çörəyini ye.
- Az danış, çox qulaq as.
- Az danış, yaxşı danış.
- Az-az ye, həmişə ye.
- Asılsan da uca budaqdan asıl.
- Anasından ayrı düşən quzunu qurd yeyər.
- Ana kimi yar olmaz, Vətən kimi diyar.
- Ağac sınanda budaq nəyə gərəkdir?!
- Ağac səmtinə yıxılar.
- Ağac olan yerdə budaq sınar.
- Ağac meyvəni dəyənə qədər böyüdər.
- Ağacı içindən qurd yeyər.
- Ağac dibindən su içər.
- Atı atası ilə tanıdarlar, qatırı anası ilə.
- Ata olmasan, ata qədri bilməzsən.
- Atam gündəni sayır, anam gündədən kəsir.
- Atam ilə atanı deyincə, özüm ilə özünü de.
- Ata malına göz dikən ac olar.
- Ataya oğul, anaya qul.
- Ata-ananın canı övlada bağlı olar.
- Ata-ana sözünə baxmayan xoş gün görməz.
- Ata-anasına xeyri olmayanın, elə nə xeyri.
- Ata-anamı itirdim. Özümü yara yetirdim.
- Ata-ana qədrini bilməyən, yadın qədrini nə bilər.
- Anasına bax qızını al, Qırağına bax bezini al.
- Anası gəzən ağacları balası budaq-budaq gəzər.
- Anasızın gördüyü iş danlaqsız bitməz.
- Anan, bacın kimdir? - Yaxın qonşum.
- Analı quzu, Xınalı quzu.
- Analı qızın özü böyüyər, Anasız qızın sözü böyüyər.
- Analar bizi bu gün üçün doğub.
- Anadan əmdiyim süd burnumdan gəldi.
- Anadan əziz yenə anadır.
- Ana qarnında necə qalıbsan?
- Ana, bala ucundan canını oda yaxar.
- Ac toyuq yuxuda darı görər.
- Axtaran tapar, yoğuran yapar.
- At ölüb, itlərin bayramıdır.
- Atın izi itin izinə qarışmaz.
- Atalar gözəl demişlər: "Dünyanı ümid ilə yemişlər".
- Arzu bir, ümid iki.
- Aman istəyənin boynun vurmazlar.
- Alnı açıq, üzü ağ; dərd-qəmi yox, kefi çağ.
- Allahdan buyruq, Ağzıma quyruq.
- Allaha əl çatmır, padşaha söz.
- Ayın beş gün qaranlığı olanda, beş gün də aydınlığı olar.
- Adamın tamarzısı, Hər kəsin öz arzusu.
- Adamın gərək dili ilə ürəyi bir ola.
- Adam adam sayəsində adam olar.
- Ara sözü ev yıxar.
- Adamın üzünə baxarlar, halını xəbər alarlar.
- Adın nədir? - Rəşid! Birin de, birin eşit!
- Adam odur ilqarından dönməyə.
- Adam var gözdən qızar,
Adam var sözdən qızar. - Ağzının qaytanı yoxdur.
- At ölər nalı qalar, İgid ölər namı qalar.
- At ət ilə, igid don ilə.
- Asta vur, Rasta vur.
- Aslanın nə erkəyi, nə dişisi.
- Araba qoş, çarxa dur, Mərd igidə arxa dur.
- Alnım açıq, üzüm ağ.
- Alıcı quş dimdiyindən bilinər.
- Aydan arıyam, sudan duru.
- Ağac əyildi, sındı, igid əyildi, öldü.
- Ağalıq verimlədir, igidlik vurumla.
- Arı yeyib, namusu atıb dalına.
- Artıq tamah baş yarar.
- Alim olmaq asandır, adam olmaq çətin...
- Aldığını verməz, bildiyini deməz.
- Ala itdən məşhurdur.
- Al - ver deyiblər, al vermə deməyiblər.
- Ayı qandı, abid qanmadı.
- Aza qane olmayan, çoxa çatmaz.
- Az idi arıq-uruq, biri də gəldi dabanı yarıq.
- Atasının gözünü çıxardıb, adını qoyub Koroğlu.
- Adı it dəftərində də yoxdur.
- Adamın başına nə bəla gəlsə, dilindən gələr.
- Adam olmayan yerdə adamdır.
- Ağır otur, batman gəl.
- Ağıllı olan bir dəfə aldanar.
- Ağzına çullu dovşan sığışmır.
- Ağa Nəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm.
- Ağa gətirər navala, xanım tökər çuvala.
- Abırsızdan abrını gözlə.
- Abdalın qarnı doyunca, gözü qapıda qalar
- Ağıllı fikir edincə, dəli Kürdən keçər.
- Ağıllı qəm yeyər, ağılsız qamçı.
- Ağıllı baş hər şeydən mənfəət götürər.
- Ağıl yaşda olmaz, başda olar.
- Ağıl ağıldan üstün olar.
- Ağac bar verəndə başın aşağı dikər.
- Abdaldan paşa olmaz, taxtadan - maşa.
- At oğurlanandan sonra axur nəyə gərək.
- Arifə bir işarə, qanmaza min toppuz.
- Ağzı əyrini boynunun ardından tanımaq olar.
- Arxalı köpək qurd basar.
- Ağıllı düşmən nadan dostdan yaxşıdır.
- Acıdil balsatandan, şirindil bibərsatandan yaxşıdır. (Türkmən atalar sözləri)
- Ağıllı adam, ağılsız adamın son etdiyini əvvəldə edər. (Hind atalar sözləri)
- Ağıllı adam, ağılsız adamın ən son etdiyini ilk öncə edər. (Hind atalar sözləri)
- Ağıllı özünü günahkar bilər, ağılsız - dostunu. (Özbək atalar sözləri)
- Ağıllı adam atını, axmaq arvadını tərifləyər. (Özbək atalar sözləri)
- Atın sağlam olsun, yoldan qorxma (Rus Atalar Sözləri)
- Ağlamaq üçün zaman var, əylənmək üçün də (Rus Atalar Sözləri)
- Axmaqla bir şey tapa bilərsən amma bölüşə bilməzsən (Rus Atalar Sözləri)
- Ağıllı qadın kişiyə dedikləri hər sözə şəkər qatır və kişinin dedikləri hər sözdən duzu yığışdırır (Ərəb atalar sözü)
Atalar sözləri
0
сентября 30, 2017
Tag