Ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili
və tənzimlənməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin
2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 3.1.8-ci və
5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq əmr edirəm:
1.
Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili
üçün aşağıdakı tədris planları və onlara dair qeydlər təsdiq edilsin:
1.1.
dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qrupları üçün tədris
(məşğələ) planı və “Tədris (məşğələ) planına dair qeydlər” (1 və 2 nömrəli əlavələr);
1.2.
ümumi təhsil müəssisələrinin tədris Azərbaycan dilində aparılan I-XI sinifləri
üçün tədris planı (3 nömrəli əlavə);
1.3.
ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan I-XI sinifləri üçün
tədris planı (4 nömrəli əlavə);
1.4.
azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin müvafiq sinifləri
üçün tədris planları (5, 6, 7 və 8 nömrəli əlavələr);
1.5.
1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərdə qeyd olunan tədris planlarına dair qeydlər
(9 nömrəli əlavə).
2.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyinə (Eşqi Bağırov) tapşırılsın ki, ümumi təhsil müəssisələrinin fəaliyyətinin
müvafiq tədris planları əsasında təşkilinə nəzarət etsin.
3.
Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi
(Rəşad Xanlarov) bu əmrin surətinin Nazirliyin aidiyyəti struktur bölmə və
qurumlarına göndərilməsini təmin etsin.
4.
Elm və Təhsil Nazirliyi Aparatının İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi
(Səbuhi Rzayev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və
Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
5.
Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunsun.
Emin
Əmrullayev, Azərbaycan Respublikasının elm və təhsil
naziri
21 avqust
2025-ci il
3-29/3-2-522F/2025
Əlavələr:


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)