Qədim Spartada mövcud olmuş xüsusi bir institut - kriptiya

P.S. Kriptiya (yunanca - gizli xidmət, gizli dəstə) qədim Spartada mövcud olmuş xüsusi bir institut idi.

Kriptiya gənc spartalıların hərbi-tərbiyə prosesinin (agoge) bir hissəsi sayılırdı.

Əsasən 20 yaşına çatmış spartalı gənclər seçilərək gizli dəstələrə daxil edilirdilər.

Onların vəzifəsi hilotlara (Spartada qul vəziyyətində yaşayan yerli xalq) nəzarət etmək, lazım gəldikdə isə üsyanların qarşısını almaq idi.

Gənclər silahla kəndlərə göndərilir, gizlincə hilotları izləyir və təhlükəli sayılanları aradan götürürdülər.

Bu həm də spartalı gənclərin döyüşkənlik, sərtlik və gizli əməliyyat bacarıqlarını artırmaq üçün nəzərdə tutulmuşdu.

Qısaca, kriptiya həm gizli polis dəstəsi, həm də gənclər üçün hərbi məktəb kimi fəaliyyət göstərirdi.

Plutarxın “Lakonika  adətləri” (Plutarchus, Instituta Laconica) traktatında çatdırdığı kimi, kriptiya (κρυπτεία) hilotları daimi qorxu və hüquq çatışmazlığı vəziyyətində saxlamağa yönəlmiş xüsusi Sparta təcrübə idi.

Necə olurdu:

Hər il eforlar rəsmi olaraq hilotlara müharibə elan edirdilər. Bu, xüsusi olaraq ona görə edillrdi ki, hilotların öldürülməsi dini cinayət - “təxribat” hesab olunmasın.

Gənc spartalılar (gələcək vətəndaşlar) tək və ya kiçik qruplar halında kəndlərə göndərilirdilər.

Onların vəzifəsi fiziki gücləri, cəsarətləri ilə seçilən və ya öz qəbilə üzvləri - üsyanların potensial liderləri arasında nüfuz sahibi olan hilotları izləmək və öldürmək idi.

Plutarx yazır ki, onlar qəddarcasına öldürürdülər: gecələr, gizlicə, çox vaxt pusqu vasitəsi ilə. Bu, hərbi şücaət deyil, dövlət siyasəti çərçivəsində “gizli qətl” idi.

Siyasi məna.

Kriptiya terror alətidir. Sparta hilotların (Lakoniya və Messeniyanın fəth edilmiş Axey əhalisi) əməyinə arxalanırdı, lakin hilotlar həmişə spartalılardan daha çox idilər. Üsyanların qarşısını almaq üçün dövlət sistematik hədə-qorxudan istifadə edirdi: potensial liderlər və ən güclü olanalr mütəmadi olaraq “biçilirdilər”, yəni qətlə yetirilirdilər.

Plutarxdan sitat:

“Vəzifəyə gəldikdən sonra eforlar hilotlara qarşı müharibə elan edir ki, onların öldürülməsi cinayət sayılmasın. Gənc spartalılar... kəndlərə gedir, yalnız qısa qılınclarla və minimum ərzaqla silahlanır, gündüzlər gizlənir, gecələr isə hilotların ən güclü və bacarıqlılarına hücum edərək onları öldürürdülər”(Plut. Lyc. 28).

Kriptiya, bəzən şərh edildiyi kimi, yalnız gələcək döyüşçülərin təlimi deyil, həm də təşkilatlanmış terror idi. Spartalıların hərbi kasta, hilotların isə müqavimət göstərmək hüququ olmayan iqtisadi “yanacaq” kimi yaşadığı Sparta sosial sistemini dəstəkləyirdi.

Mənbə:https://www.facebook.com/share/v/17AKM2xzSc/

Foto: https://olke.az/read/82012/

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.