Elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı əmr imzalayıb. Sinxron Fənlər “Azərbaycan müəllimi”nə istinad edərək məlumat verir ki, əmrdə deyilir:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 14 yanvar tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili
xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma
Qaydası”na və 2024-2025-ci tədris ilində tam orta təhsil səviyyəsi üzrə
aparılmış yekun attestasiyanın nəticələrinə əsasən, Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin
5.5.10-cu bəndini rəhbər tutaraq əmr edirəm:
1. Aşağıda adları qeyd edilən XI sinif məzunlarıqızıl nişanla təltif olunsunlar:
2. Aşağıda adları qeyd edilən XI sinif məzunlarıgümüş nişanla təltif olunsunlar:
3. Qızıl və gümüş nişanla təltif olunmuş təhsilalanların
adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılsın.
4. Elm və Təhsil Nazirliyinin Vətəndaşlara xidmət və
sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin Nazirliyin aidiyyəti
struktur bölmə və qurumlarına çatdırılmasını təmin etsin.
5. Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr
və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində
dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin
etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə
həvalə olunsun.
Mənbə: