Qədim Marsın düşünüldüyündən daha çox Yerə bənzədiyinə və hətta yaşamaq üçün yararlı olduğuna dair yeni sübutlar


 Yer üzündəki göllərin sahillərində manqan oksidinin olmasını izah etmək asandır. Ancaq Marsda - bu məsələ qədər də asan deyil. Qədim Marsın nəmli dünya olduğuna inanılır. Bəlkə də tropik cənnətdən daha çox şaxtalı, daşqınlı soyuq bir dünya olmuşdur. Ola bilsin ki, tərkibində daha sıx karbon qazı olan atmosferi də var imiş, onun tərkibi indi sual altındadır. Kimyəvi elementlər onun əvvəllər düşünüldüyündən daha çox Yerə bənzər ola biləcəyini göstərir. Tədqiqatın nəticələri qədim gölün yerləşdiyi Qeyl kraterini tədqiq edən NASA-nın “Curiosity Mars” roverindən istifadə etməklə əldə edilib. Tədqiqatçılar çöküntü süxurlarında manqan oksidinin gözləniləndən yüksək olduğunu aydınlaşdırdılar. Komandanın nəzərdən keçirdiyi bütün ssenarilər güclü oksidləşdirici mühit tələb edirdi. Marsın ilkin atmosferi oksigenlə daha zəngin idi? Əgər belədirsə, necə? Los Alamos Milli Laboratoriyasının Kosmik Elmlər və Tətbiqlər Qrupundan tədqiqatın aparıcı müəllifi Patrik Qazda  deyir: “Manqan oksidinin Marsın səthində əmələ gəlməsi çətindir, ona görə də biz onu sahil çöküntülərində bu qədər yüksək konsentrasiyalarda tapacağımızı gözləmirdik. Yer kürəsində bu cür çöküntülər, manqan oksidləşmə reaksiyalarını kataliz etməyə kömək edən fotosintetik həyat və mikroblar tərəfindən istehsal olunan atmosferdəki yüksək oksigen tərkibinə görə daim baş verir”. “Bizim Marsda həyatın olduğuna dair əlimizdə heç bir dəlil yoxdur və Marsın qədim atmosferində oksigen istehsal mexanizmi aydın deyil, ona görə də manqan oksidinin burada necə əmələ gəldiyi və cəmləşməsi həqiqətən müəmmalıdır. Nəticələr Mars atmosferində və ya səth sularında baş verən daha böyük proseslərə işarə edir və göstərir ki, Marsda oksidləşməni başa düşmək üçün daha çox iş görülməlidir”, deyə Qazda əlavə edib. Təbii ki, oksigeni əmələ gətirənin həyat olduğunu və oksigenin bu kimyəvi birləşməni yaratdığını və əsrlər sonra yoxa çıxdığını güman edə bilmərik. Amma nə isə manqan və dəmiri oksidləşdirib, buna görə də bir növ proses mövcud olmalıdır. Hətta heç bir həyat forması iştirak etməsə belə mövcud olmalıdır. Bu birləşmələr sadəcə olaraq göl sahilində, göl suyundan əmələ gələ bilərdi. Ola bilsin ki, onlar qrunt suların qumlarınnın arasından hərəkəti nəticəsində əmələ gəlib. Amma yenə də bu metalları oksidləşdirmək lazımdır. Bunu Curiosity kimyəvi kamerasının müşahidələri sübut edir. ChemCam alətinin əsas tədqiqatçısı Nina Lanza deyir:   “Bu qədim qayaların aşkar edildiyi Qeyl gölünün mühiti bizə Yerdəki müasir yerlərə çox oxşar olan yaşayış mühitinə bənzəyir. Manqan mineralları tez-tez Yerdəki göllərin sahillərindəki dayaz, oksidləşmiş sularda tapılır və qədim Marsda belə tanınan xüsusiyyətlərin tapılması təəccüblüdür”.

Araşdırma “Journal of Geophysical Research: Planets” jurnalında dərc olunub.

Mənbə: bit.ly/3JNdprs

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.