Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq.
Trend-in
xəbərinə görə, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər
Kabinetinin “2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən
edilməsi haqqında” 9 dekabr 2023-cü il tarixli qərarına əsasən, bu il iyunun
16, 17-si Qurban bayramı günləri müəyyən edilib. Əmək Məcəlləsinə əsasən, həftələrarası
istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin
istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bu il 15
iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun qeyri-iş
günləri olacaq. Beləiliklə, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixlərində
iş olmayacaq.