Bu il
fevralın 1-dən etibarən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin
vergiyə yenidən cəlb olunmasından sonra kartlarda olan pullara verginin tətbiq
olunub-olunmaması ilə bağlı çoxsaylı suallar ünvanlanır. Qeyd etmək istərdik
ki, “Vergi Məcəlləsinə” edilən dəyişikliklərdən sonra 2023-cü il fevralın 1-dən
etibarən 5 (beş) il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə
ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif
edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə
ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində
yaranmış fərq) və faiz gəlirləri vergidən azad olundu. Bu məcəllənin 102.1.22-2
maddəsi ilə tənzimlənir. Göründüyü kimi, fiziki şəxslərin əmanəti üzrə ödənilən
illik faiz gəlirləri azad olmalar siyahısında deyil. Həmin məcəllənin 123-cü
maddəsi ödəmə mənbəyində faizlərdən vergi tutulmasını nəzərdə tutulur. Deməli,
kartlarda olan vəsaitlər ilə bağlı iki hal mümkündür.
1. Əgər
kartda olan vəsait gəlir gətirmirsə (məsələn, pulun saxlandığı debet və kredit
plastik kartlar) o halda kartda olan pul vergiyə cəlb olunmur.
2. Əgər
kartda olan vəsaitə faiz hesablanırsa və kart sahibinə aylıq və ya illik gəlir
gətirirsə o halda həmin qazanc vergiyə cəlb olunacaq. Məsələn, kartda 5 min
manat pul var. Həmin vəsaitə illik 7 faiz gəlir hesablanır və bu məbləğə 400
manat əlavə olunur. Bu halda kart sahibinin ödədiyi illik vergi 40 manat olur
(400 manat X 10 %). Kartda olan əsas məbləğin
vergiyə cəlb olunması nəzərdə tutulmur. Yalnız faizi gəliri vergiyə cəlb oluna
bilər.
Bir daha
qeyd etmək istərdim, sizin kartınınz sizə faiz gəliri gətirmirsə heç bir halda
sizdən vergi ödəmək tələb oluna bilməz.