Nazirlər
Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Qərarında
dəyişiklik edib. Dəyişikliklərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən dövlət
orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi,
təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi
olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.
Belə
ki, ali kateqoriya dövlət orqanlarında aylıq əmək haqqı 400, 1-ci kateqoriya
dövlət orqanlarında 385, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365, 4-cü
və 5-ci kateqoriya dövlət orqanlarında isə 345 manat nəzərdə tutulub.
Bununla
yanaşı, həmin şəxslərə 2023-cü ildə 3 dəfə maaşları həcmində əlavə ödəniş ediləcək. Belə ki, bu Qərarda qeyd olunan işçilərin
mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində
onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş
aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur. Gözlənilir
ki, il ərzində əlavə maaşlar 3 dəfə mükafat formasında, bayram günlərində ödəniləcək.
Mənbə: