Adi insanlarla onları idarə edənlər arasındakı fərq haqqında məsəl

 

Bir dəfə gülsatan saçını kəsdirmək üçün bərbərə gəldi. Ödəmə növbəsi çatanda bərbər pulu götürə bilmirəm, bu həftə könüllü, pulsuz saç düzümü edirəm dedi. Gülsatan ona təşəkkür edib getdi. Ertəsi gün səhər bərbər dükanını açmağa gələndə qapının qarşısında bir təşəkkür məktubu və on iki qızılgül gördü. Ertəsi gün çörəkçi saçını kəsdirməyə gəldi, amma pulu vermək istəyəndə bərbər “pulu ala bilmirəm, bu həftə könüllü, pulsuz saç düzümü edirəm” dedi. Çörəkçi sevincək getdi. Səhəri gün bərbər qapıda təşəkkür məktubu və on iki bişmə gördü. ...

Senator saçını kəsdirməyə gəldi və pulu ödəməyə hazırlaşanda bərbər yenə də dedi: “Pulu götürə bilmərəm. Bu həftə könüllü, pulsuz saş düzümü edirəm. Senator sevindi və getdi. Növbəti gün bərbər işə gələndə qapıda on iki nəfər senator, on nəfər deputat, on beş nəfər icra işçiləri, bir bələdiyyə sədri, sədrin 6 arvadını və uşaqlarını  gördü. Hamısı pulsuz saç kəsdirmək üçün gəlmişdilər.

Sadə insanlarla onları idarə edən “vicdanlı” insanlar qrupunun üzvləri arasında fərq budur...

Mənbə: http://bit.ly/3GUaZ8w

 Tərcümə: Seyyub Əsədov 


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.