2022-2023-cü
tədris ili üçün keçiriləcək məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin
işə qəbulu üzrə müsabiqəyə 2 avqust tarixindən start veriləcək. Qeyd edək ki,
müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı və müsahibə mərhələlərini
əhatə edəcək.
Bildiririk
ki, müsabiqənin test imtahanı mərhələsində hər bir namizədə məzmun və
metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim
edilir. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt
ayrılması nəzərdə tutulmuşdur. Bu mərhələdə hər sual üzrə 1 bal olmaqla,
ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qeyd edək ki, səhv
cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. 1 səhv
cavablandırılmış sual - 0,25 bal şəklində
hesablanacaq.
Nəzərinizə
çatdırırıq ki, müsahibə mərhələsinin nəticələri də ümumi bala təsir göstərəcək.
Belə ki, ümumilikdə müsabiqənin hər iki - test və müsahibə mərhələlərinin yekun
nəticələrinə uyğun olaraq namizədlərin vakansiyalara yerləşdirilməsi il ərzində
mərhələli şəkildə həyata keçiriləcək.
Müsabiqənin
müsahibə mərhələsi haqqında yaxın günlərdə ətraflı məlumat paylaşılacaq.
Müsabiqə
iştirakçılarına uğurlar arzulayırıq!
#TəhsilNazirliyi
#ARTİ #İRM #Müəllim #EduAzİRM