Ümumi
təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi
haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmri
Ümumi
təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək
məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər
tutaraq əmr edirəm:
1.
Azərbaycan Respublikasının tədris Azərbaycan dilində və digər dillərdə
aparılan, azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin
2022-2023-cü tədris ili üçün aşağıdakı tədris planları və “Tədris planlarına
dair qeydlər” təsdiq edilsin:
1.1.
Ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün tədris planları (1, 2 nömrəli əlavələr);
https://edu.gov.az/uploads/emre-elave/2022/f462-sayli-elave-01-02.pdf
1.2.
Azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin müvafiq sinifləri
üçün tədris planları (3, 4, 5, 6 nömrəli əlavələr);
https://edu.gov.az/uploads/emre-elave/2022/f462-sayli-elave-03-04-05-06.pdf
1.3.
“Tədris planlarına dair qeydlər” (7 nömrəli əlavə).
https://edu.gov.az/uploads/emre-elave/2022/f462-sayli-elave-07.pdf
2.
Yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə tapşırılsın ki, ümumi təhsil
müəssisələrinin fəaliyyətinin müvafiq tədris planları əsasında təşkilinə nəzarət
etsinlər.
3.
İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin əlavələrlə
birlikdə yerlərə və müvafiq struktur bölmələrə çatdırılmasını təmin etsin.
4.
İctimaiyyətlə əlaqələr sektoru (Cəsarət Valehov) bu əmrin əlavələrlə birlikdə
“Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində
yerləşdirilməsini təmin etsin.
5.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.
Emin
ƏMRULLAYEV,
Azərbaycan
Respublikasının Təhsil naziri
28
iyul 2022-ci il
F-462