Pedaqoji
mühazirələr keçirilib.
Pedaqoji
mühazirələr keçirilib İyunun 25-də Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə “Müasir dövrdə ümumi təhsilin
aktual problemləri” mövzusunda pedaqoji mühazirələr keçirilib. Təhsil nazirinin
müavini Məhəbbət Vəliyeva pedaqoji mühazirələrin bir neçəsini dinləyib, bu
mühazirələrdə çıxış edən müəllimlərə öz tövsiyələrini verib. Nazir müavini
pedaqoji mühazirələrin əhəmiyyətinə toxunaraq müəllimlərin iş təcrübələrini
bir-biri ilə bölüşməsinin faydalı olacağını vurğulayıb.Məhəbbət
Vəliyeva bildirib ki, pedaqoji mühazirələr 2 mərhələdə - rayon (şəhər) və ölkə
mərhələləri üzrə təşkil olunub. Pedaqoji mühazirələrin rayon (şəhər) mərhələsində
3642 mühazirə dinlənilib. Onlardan 182-si seçilərək ölkə mərhələsinə təqdim
olunub. Nazir müavini qeyd edib ki, təqdim olunan mühazirələr Təhsil
Nazirliyinin İşçi qrupu tərəfindən təhlil edilib və onlardan 155-i ölkə mərhələsində
oxunması üçün proqrama daxil edilib. Mühazirələrin
keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin
yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin
bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini
aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün
inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.Pedaqoji
mühazirələr istedadlı uşaqlarla işin təşkili, məktəbəhazırlıq təhsilin
inkişafı, ibtidai təhsilin keyfiyyətinin yüksəldilməsi, tərbiyə işlərinin təkmilləşdirilməsi
və digər bölmələr də daxil olmaqla ümumilikdə 18 bölmədən ibarətdir.Pedaqoji
mühazirələrin ilk mərhələsi cari ilin mart-aprel aylarında rayon və şəhərlərdə
keçirilib.