İyunun
14-də hər bir ümumi təhsil müəssisəsinin ərazisində "Son zəng" tədbiri
təşkil olunacaq.
Təhsil
naziri Ceyhun Bayramovun bununla bağlı imzaladığı əmrdə ölkəmizin
ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri,
valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının
iştirakı tövsiyə edilib.
Yerli
təhsili idarəetmə qurumları, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil
müəssisələrinin rəhbərləri tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi, tədbir
müddətində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin
görülməsi də əmrdə əks olunub.